5 Avqust 15:09 “Pley-off mərhələsinə biz adlayacağıq” - “Apollon” rəsmisi
FUTBOL xəbərləri 5 Avqust 15:09
1376 baxış

“Pley-off mərhələsinə biz adlayacağıq” - “Apollon” rəsmisi

“Bizi son bir ilin ən çətin oyunu gözləyir”. Apasport.az saytının məlumatına görə, bunu “Apollon”un mətbuat xidmətinin rəhbəri Konstantin Fanorius deyib.

 

Kipr klubu UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində sabah “Qəbələ” ilə cavab matçına çıxacaq. İlk görüşdəki qollu heç-heçəyə (1:1) baxmayaraq, Fanorius komandasının Bakıda qələbə qazanacağını düşünür: “Səfərdə oynasaq da, uğur qazanacağımıza inam böyükdü. İlk matçdakı nəticədən sonra Azərbaycan klubu favorit göstərilə bilər. Ancaq mən düşünürəm ki, pley-off mərhələsinə adlayan tərəf biz olacağıq. Burda bizə azarkeş təzyiqi olacağını bilirik. Baş məşqçimiz Pedro Emanuel futbolçuları psixoloji cəhətdən görüşə yaxşı hazırlaşdırıb. İlk qolu biz vurmalıyıq. Bundan sonra növbəti mərhələ barədə düşünmək olar”.

 

Qeyd edək ki, “Qəbələ” – “Apollon” oyunu sabah “Bakcell Arena”da keçiriləcək və saat 21:00-da başlayacaq.

Xəbər lenti