10 Noyabr 18:13 Pley-off mərhələsinin hakimləri açıqlandı
FUTBOL xəbərləri 10 Noyabr 18:13
477 baxış

Pley-off mərhələsinin hakimləri açıqlandı

AVRO-2016-nın pley-off mərhələsinin iki matçının hakimləri açıqlanıb. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, qitə futbol qurumu iki matçın ədalət təmsilçilərinin adlarını açıqlayıb.

 

Seçmə mərhələdə Azərbaycan yığmasının yer aldığı qrupu 3-cü pillədə tamamlayan Norveç millisinin Macarıstanla ilk görüşü ingilis hakimlərə tapşırılıb. Noyabrın 12-də Oslonun “Ulleval” stadionunda baş tutacaq qarşılaşmada 40 yaşlı Mark Klattenburq fit çalacaq.

 

Noyabrın 13-də isə Bosniya və Herseqovina  Zenitsa şəhərində İrlandiyanı qəbul edəcək. UEFA bu oyunu 40 yaşlı təcrübəli almaniyalı Feliks Brixə tapşırıb.

 

 

12 noyabr


23:45. Norveç - Macarıstan

Hakimlər: Mark Klattenburq, Simon Bek, Cek Kollin, Simon Bennett

Əlavə hakim köməkçilər: Kreyq Pouson, Conatan Moss (hamısı İngiltərə)

Hakim-inspektor: Vlado Sajn (Sloveniya)

UEFA nümayəndəsi: Aynar Leppanen (Estoniya)

 

13 noyabr


23:45. Bosniya və Herseqovina - İrlandiya

Hakimlər: Feliks Brix, Mark Borş, Stefan Lupp, Torsten Şiffner

Əlavə hakim köməkçilər: Marko Frits, Bastian Dankert (hamısı Almaniya)

Hakim-inspektor: Mark Batta (Fransa)

UEFA nümayəndəsi: Martin Sturkenbum (Hollandiya)

 

Qeyd edək ki, pley-off mərhələsinin digər matçlarında Ukrayna Sloveniyanı, İsveç isə Danimarkanı (14 noyabr) qəbul edəcək.

Xəbər lenti