7 Oktyabr 17:00 Premyer Liqa klubları yenidən üz-üzə
FUTBOL xəbərləri 7 Oktyabr 17:00
648 baxış

Premyer Liqa klubları yenidən üz-üzə

Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan qısa fasilə müddətində “İnter” və “Kəpəz” arasında yoxlama matçı keçiriləcək. Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubları oktyabrın 10-da, "Dalğa Arena"da üz-üzə gələcək.

 

Bu qarşılaşma hər iki komanda üçün mövsümün qarşıdakı hissəsi ərəfəsində sınaq xarakteri daşıyacaq. Çempionatın ilk dövrəsində görüşən komandalar mövsümdə ikinci duelə çıxacaq. Premyer Liqada keçirilən matçda paytaxt klubu 1:0 hesabı ilə qalib gəlmişdi.

Xəbər lenti