27 Oktyabr 22:43 Premyer Liqa oyununda göstərilmiş qırmızı vərəqə ləğv edildi
FUTBOL xəbərləri 27 Oktyabr 22:43
694 baxış

Premyer Liqa oyununda göstərilmiş qırmızı vərəqə ləğv edildi

İngiltərə Premyer Liqasının 10-cu turunda “Sanderlend”lə oyunda qırmızı vərəqə alan “Nyukasl”ın müdafiəçisi Fabritsio Koloççinin cəzası ləğv edilib. Apasport.az saytının məlumatına görə, “sağsağanlar”ın apelyasiya şikayətinə baxan İngiltərə Futbol Federasiyası qırmızı vərəqənin hesaba alınmamasına qərar verib.

 

Buna görə də 33 yaşlı futbolçu 11-ci turda “Stok Siti”yə qarşı oyunda meydana çıxa biləcək.

Xəbər lenti