9 Avqust 22:32 “Problemlərin olmasına baxmayaraq…” – Yunis Hüseynov
FUTBOL xəbərləri 9 Avqust 22:32
1205 baxış

“Problemlərin olmasına baxmayaraq…” – Yunis Hüseynov

“İlk növbədə  futbol ictimaiyyətini yeni mövsüm münasibəti ilə təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov deyib.

 

Topaz Premyer Liqasının açılış turunda öz meydanında “İnter”i qəbul edən cənubluların baş məşçqisi komandasından razı qaldığını bildirib:

 

“Bilirsiniz ki, heyətimizdə gənc oyunçuların sayı çoxdur. Problemlər olmasına baxmayaraq, rəqibi yaxşı analiz etmişdik.  Gənc oyunçular özlərini yaxşı tərəfdən göstərə bildilər. Qarşıda bizi çətin oyunlar gözləyir. Həmin görüşlərə hazırlaşmalıyıq”.

Xəbər lenti