10 Noyabr 16:25 Prosineçki milli komandalarla görüşdü - FOTO
FUTBOL xəbərləri 10 Noyabr 16:25
394 baxış

Prosineçki milli komandalarla görüşdü - FOTO

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Bakıda təlim-məşq toplanışında olan 21 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmaların üzvləri ilə görüşüb. Apasport.az saytının məlumatına görə, xorvatiyalı mütəxəssis qarşıdakı seçmə oyunlarında hər iki komandaya uğurlar arzulayıb.

 

Prosineçki bildirib ki, klublarla yanaşı, aşağı yaş qruplarından ibarət yığmaların da oyunlarını həm canlı, həm də videoyazı şəklində izləyir, həmçinin bütün millilərin məşqçiləri ilə sıx əməkdaşlıq edir. Mütəxəssis hər bir futbolçunun hazırlıq səviyyəsi barədə məlumata malik olduğunu qeyd edib və oyunçulara müvafiq tövsiyələrini verib.

 

Qeyd edək ki, U-21 yığmamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 13-də səfərdə Almaniya, noyabrın 17-də isə Bakıda Rusiya komandası ilə qarşılaşacaq. U-19 isə AVRO-2016-nın seçmə mərhələsində Bakıda baş tutacaq matçlarında bu gün Ukrayna, noyabrın 12-də Türkiyə, 15-də isə Bosniya və Herseqovina ilə üz-üzə gələcək.

 

Mənbə: affa.az

Xəbər lenti