23 Oktyabr 12:10 Prosineçki və Məşqçilər Komitəsi Avstriya məğlubiyyətini müzakirə etdi
FUTBOL xəbərləri 23 Oktyabr 12:10
568 baxış

Prosineçki və Məşqçilər Komitəsi Avstriya məğlubiyyətini müzakirə etdi

Azərbaycan millisinin çalışdırıcısı Robert Prosineçki Məşqçilər Komitəsi ilə birgə aşağı yaş qruplarından ibarət yığmaların baş məşqçiləri ilə görüşüb. Apasport.az saytının məlumatına görə, AFFA-nın inzibati binasında baş tutan tədbirdə U-21 yığmasının Avropa çempionatının seçmə mərhələsində Avstriya və Finlandiya komandalarına qarşı keçirdiyi oyunlar müzakirə olunub.

 

Millimizin Avstriyaya 0:7, Finlandiyaya 0:1 hesablı məğlubiyyətlərindən başqa, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Sloveniyada təşkil olunmuş təlim-məşq toplanışı barədə hesabat dinlənilib.

 

Müzakirəyə çıxarılan məsələlərdən biri də bəzi futbolçuların milli komandaların toplanışlarına fiziki baxımdan hazırlıqsız gəlməsi olub. Bu və digər məsələlərin həlli, həmçinin futbolun inkişafı ilə fikir mübadiləsinin aparılması məqsədilə Prosineçkinin və Məşqçilər Komitəsinin yaxın günlərdə Topaz Premyer Liqası klublarının baş məşqçiləri ilə görüşünün keçirilməsi qərara alınıb.

 

Mənbə: affa.az

Xəbər lenti