8 Oktyabr 12:52 Prosineçkinin komandası İtaliyaya uduzmur
FUTBOL xəbərləri 8 Oktyabr 12:52
6751 baxış

Prosineçkinin komandası İtaliyaya uduzmur

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki karyerasında 5-ci dəfə İtaliya yığması ilə görüşəcək. Apasport.az saytının məlumatına görə, AVRO-2016-nın seçmə mərhələsinin oktyabrın 10-da keçiriləcək qarşılaşmasınadək xorvatiyalı mütəxəssis appeninlilərə uduzmayıb.

 

Prosineçkinin italiyalılarla bütün qarşılaşmaları futbolçu vaxtlarına təsadüf edib. Müxtəlif yığmalarla müxtəlif səviyyələrdəki görüşlərdə balkanlı məğlubiyyət acısı yaşamayıb.

 

İlk iki belə duel Yuqoslaviya və İtaliyanın gənclər millilərinin matçlarına təsadüf edib. Ötən əsrin 80-ci illərinin sonlarındakı hər iki oyun heç-heçə başa çatıb.

 

Xorvatiya yığmasının şərəfini qoruduğu vaxt isə Prosineçki 2 eyni hesablı qələbəyə sevinib. AVRO-1996-nın seçmə mərhələsinin Palermoda keçirilən qarşılaşmasına start heyətində çıxıb, 57-ci dəqiqədə əvəzlənən futbolçu 2:1 hesablı qələbəyə şahid olub. Həmin matçda hər iki qolu Davor Şuker vurub.

 

Prosineçkinin komandasının İtaliya üzərində ikinci qələbəsi də 2:1 hesablı olub. Amma təcrübəli futbolçu bu dəfə oyun boyu ehtiyatda qalıb və qələbəni meydana çıxmadan bayram edib. Bu qarşılaşma DÇ-2002-nin final mərhələsinin qrup oyununa təsadüf edib.

 

Xəbər lenti