5 Sentyabr 15:26 PSJ Kavani ilə yolları ayıracaq
FUTBOL xəbərləri 5 Sentyabr 15:26
731 baxış

PSJ Kavani ilə yolları ayıracaq

Uruqvay yığmasının üzvü Edinson Kavani PSJ-dən ayrıla bilər. Apasport.az saytı xəbər verir ki, paytaxt klubu mövsümün sonunda 28 yaşlı hücumçu ilə yolları ayırmağı planlaşdırır.

 

Fransa mətbuatı iddia edir ki, Paris təmsilçisi gələn yay heyətlə bağlı islahatlar aparılacaq. Komandadan gedəcək futbolçulardan biri isə Kavani olacaq.

 

Bir müddət öncə adı “Çelsi” və “Mançester Yunayted”lə birgə hallanan Kavaninin gələn il İngiltərəyə köçəcəyi inandırıcı görünür.

 

Qeyd edək ki, Kavani PSJ-yə 2013-cü ildə “Napoli”dən transfer olunub. O, hazırkı komandasının heyətində ümumilikdə 96 oyunda 56 qola imza atıb. 

Xəbər lenti