23 İyun 23:02 PSJ türk futbolçunu istəyir
FUTBOL xəbərləri 23 İyun 23:02
856 baxış

PSJ türk futbolçunu istəyir

"Atletiko"nun və Türkiyə millisinin yarımmüdafiəçisi Arda Turan Fransanın PSJ klubunun maraq dairəsinə düşüb. Apasport.az saytının məlumatına görə, bu barədə Fransa mətbuatı yazıb.

 

Fransız həmkarlarımız parislilərin 28 yaşlı futbolçuya görə "hindular"a 25 milyon avro ödəməyə hazır olduğunu bildiriblər.

Qeyd edək ki, Arda "Atletiko"ya 2011-ci ildə, 13 milyon avro qarşılığında "Qalatasaray"dan transfer edilmişdi.

 

Türkiyə millisinin üzvü Madrid təmsilçisinin heyətində son mövsümdə meydana çıxdığı 46 oyunda 3 qola imza atıb.

Xəbər lenti