7 Oktyabr 20:25 “Qalatasaray” 2 futbolçusundan imtina edir
FUTBOL xəbərləri 7 Oktyabr 20:25
1077 baxış

“Qalatasaray” 2 futbolçusundan imtina edir

"Qalatasaray"ın mövsümün sonunda müqaviləsi bitəcək 4 futbolçusunun taleyinə aydınlıq gəlib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, iki futbolçu ilə müqaviə yenilənəcək, digər ikisi isə komandadan ayrılacaq.

 

Belə ki, müdafiəçi Hakan Balta və yarımmüdafiəçi Emre Çolakla artıq müqavilələrin uzadılması ilə bağlı danışıqlara start verilib.

 

Son iki mövsümdür, zədədən əziyyət çəkən Hamit Altıntop və Umut Bulutla isə yola davam edilməyəcək.

Xəbər lenti