10 İyul 19:19  “Qalatasaray” Braziliya yığmasının üzvünü istəyir
FUTBOL xəbərləri 10 İyul 19:19
1103 baxış

“Qalatasaray” Braziliya yığmasının üzvünü istəyir

İstanbulun “Qalatasaray” klubu “Mançester Yunayted”in müdafiəçisi Rafael da Silvanın xidmətlərində maraqlıdı. Apasport.az saytının məlumatına görə, bu barədə “The Guardian” qəzeti xəbər yayıb.

 

Bildirilir ki, ingilislər Matteo Darmianın transferini həll etdikdən sonra braziliyalını komandadan yollamaq qərarına gəlib.

 

“Manukunianlar”la Da Silva arasındakı müqavilə gələn ilin yayına kimi nəzərdə tutulub.

 

Qeyd edək ki, 24 yaşlı müdafiəçi 2008-ci ildən “Mançester Yunayted”in şərəfini qoruyur.

Xəbər lenti

Xəbər lenti