30 Avqust 15:28 “Qalatasaray” “Mençester Siti”nin müdafiəçisini transfer etdi
FUTBOL xəbərləri 30 Avqust 15:28
1261 baxış

“Qalatasaray” “Mençester Siti”nin müdafiəçisini transfer etdi

“Qalatasaray” “transfer pəncərə”sinin bağlanmasına 24 saat qalmış növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, “sarı-qırmızılar” “Mançester Siti”dən Ceyson Denayerin keçidini həll ediblər.

 

Türkiyə mətbuatında yer alan xəbərə görə, 20 yaşlı belçikalı futbolçu 1 illik icarə əsasında “cimbom”un şərəfini qoruyacaq.

 

Futbolçunun bu gün İstanbula gələcəyi və tibbi müayinədən keçiriləcəyi bildirilib.

 

Qeyd edək ki, müqavilə ilə “Mançester Siti”yə məxsus olan və ötən mövsümü icarə əsasında “Seltik”də keçirmiş gənc müdafiəçi Şotlandiyada meydana çıxdığı 44 oyunda 6 dəfə fərqlənib və 2 dəfə də məhsuldar ötürmə ilə yadda qalıb.

 

3 dəfə Belçikanın əsas milli komandasının da formasını geyinmiş Denayer, üst-üstə 14 dəfə bu ölkənin müxtəlif yaş qruplarından ibarət yığmalarında çıxış edib.

Xəbər lenti