14 Avqust 20:48 “Qalatasaray” rəsmən açıqladı: Ulduz futbolçu komandadan ayrıldı
FUTBOL xəbərləri 14 Avqust 20:48
1606 baxış

“Qalatasaray” rəsmən açıqladı: Ulduz futbolçu komandadan ayrıldı

“Qalatasaray” futbolçusu Sercan Yıldırımı “Bursaspor”a icarəyə verib. Apasport.az saytının məlumatına görə, bu barədə klub özü açıqlama yayıb.

 

Klubdan verilən açıqlamada bildirilir ki, futbolçu bir illik müddətə Bursa təmsilçisinə icarəyə göndərilib. Müqavilənin şərtlərinə görə, bu müddətdə hücumçunun bütün maddi alacaqlarını yeni klubu qarşılayacaq.

 

Bundan əlavə, əgər bursalılar istəsə mövsümün sonunda Sercanın transfer hüququna da tam sahib ola biləcəklər. Bunun üçün “Qalatasaray”a 750 min avro ödəmək lazım olacaq.

Xəbər lenti