10 Fevral 09:51 “Qalatasaray” səfər qələbəsi qazandı, "Beşiktaş” zirvəni ələ keçirdi - YENİLƏNİB
FUTBOL xəbərləri 10 Fevral 09:51
8249 baxış

“Qalatasaray” səfər qələbəsi qazandı, "Beşiktaş” zirvəni ələ keçirdi - YENİLƏNİB

Türkiyə Superliqasında XIX turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ilk matç günündə 1 qaşılaşma baş tutub.

 

“Başakşəhər” doğma divarlar arasında “Karabükspor”u qəbul edib. Görüşdə qalib müəyyənləşməyib. Hərəyə 2 top vuran komandalar meydanda “sülh bağlayıb” – 2:2.

 

Turun mərkəzi görüşü İstanbulda reallaşıb. Lider “Fənərbaxça” evdə “Trabzonspor”u sınağa çəkib. Ötən həftə “Ərciyəsspor”a qalib gələn (2:1) Qara dəniz təmsilçisi derbidən qələbə ilə ayrılmaq niyyətində idi. Lakin matçda hesab açılmayıb. Oyun 0:0 hesabı ilə başa çatıb.

 

“Fənər”in xal itirməsi isə “Beşiktaş” üçün əla şans olub. Belə ki, “qara qartallar” səfərdə “Rizəspor”la üz-üzə gəlib. Slaven Biliçin yetirmələri rəqibini 1:2 hesabı ilə məğlub edərək, yenidən zirvəni ələ keçirib.

 

Tura liderlər qrupunda qərarlaşan “Qalatasaray”ın oyunu ilə yekun vurulub. “Əskişəhərspor”un qonağı olan "cim-bom" çətinliklə qələbə qazanıb və lider "Beşiktaş"la aradakı 2 xallıq fərqi qoruyub. "Qalatasaray" həmçinin ikinci pillədəki "Fənərbaxça"dan da artıq cəmi 1 xal geridə qalır.

 

 

Türkiyə Superliqası

XIX tur

“Başakşəhər” – “Karabükspor” - 2:2

Qollar: Viska, 25, Ayhan, 87 - Akpala, 21, Traore, 90

 

7 fevral

“Sivasspor” – “Akhisar” - 2:0

Qollar: Şeyşu, 65 (pen.), 69

 

“Ərciyəsspor” – “Qaziantepspor” - 0:1

Qol: Çiko, 70

 

“Fənərbaxça” – “Trabzonspor” - 0:0

 

8 fevral

“Balıkəsirspor” – “Konyaspor” - 0:1

Qol: İnceman, 78

 

 “Mersin İdmanyurdu” – “Kasımpaşa” - 6:2

Qollar: Velliton, 42; 75; 90, Kalili, 57, Mitroviç, 85-pen, Pedryel, 88 – Sarı, 62, Babel, 76

 

“Bursaspor” – “Gənclərbirliyi” - 3:1

Qollar: Josue, 66, Holmen, 90, Fernandao, 90+5 - Stanku, 21

 

“Rizəspor” – “Beşiktaş” - 1:2

Qollar: Kaya, 62 - Sosoa, 60, Demba Ba, 88-pen

 

9 fevral

“Əskişəhərspor” – “Qalatasaray” 1:2

Qollar: Sissoko, 27 - Umut Bulut, 20, Səlçuk İnan, 87
 


 

1.

Beşiktaş

19

14

2

3

31:17

44

2.

Fənərbaxça

19

13

4

2

30:14

43

3.

Qalatasaray

19

13

3

3

32:21

42

4.

Bursaspor

19

9

6

4

39:24

33

5.

Başakşəhər

19

8

8

3

25:12

32

6.

Trabzonspor

19

7

9

3

34:30

30

7.

Qaziantepspor

19

8

3

8

21:24

27

8.

Mersin İdmanyurdu

19

7

5

7

31:26

26

9.

Kasımpaşa

19

6

5

8

30:38

23

10.

Konyaspor

19

6

5

8

18:26

23

11.

Gənclərbirliyi

19

5

7

7

25:25

22

12.

Sivasspor

19

5

5

9

21:28

20

13.

Akhisar

19

4

7

8

21:32

19

14.

Əskişəhərspor

19

3

8

8

24:30

17

15.

Ərciyəsspor

19

3

8

8

23:28

17

16.

Rizəspor

19

4

5

10

20:28

17

17.

Karabükspor

19

4

4

11

23:28

16

18.

Balıkəsirspor

19

3

4

12

20:37

13

Xəbər lenti