9 Sentyabr 23:12 “Qalatasaray”a Qrosskroyts məsələsindən ümidləndirici xəbər
FUTBOL xəbərləri 9 Sentyabr 23:12
1097 baxış

“Qalatasaray”a Qrosskroyts məsələsindən ümidləndirici xəbər

Transfer pəncərəsinin son saatlarında sənədləri vaxtında yetişmədiyi üçün “Qalatasaray”a transferi ləğv edilən almaniyalı oyunçu Kevin Qrosskroytsdan yeni xəbər çıxıb. Apasport.az saytının məlumatına görə, İstanbul klubunun bu məsələ ilə bağlı FİFA-ya etdiyi etiraz rədd edilməyib.

 

Belə ki, ali futbol qurumundan “Qalatasaray”a göndərilən yazıda müraciətin diqqətə alındığını və təhlil ediləcəyini bildiriblər.

 

Bunun üçün klubun bir neçə nümayəndəsi İsveçrəyə yollanaraq FİFA məmurları ilə müzakirələr aparacaqlar.

 

Əgər FİFA-dan icazə qərarı çıxsa, Kevin Qrosskroyts qalan oyunlarda “Qalatasaray”a kömək edə biləcək.

Xəbər lenti