12 Noyabr 12:49 “Qalatasaray”dan David Vilyaya təklif
FUTBOL xəbərləri 12 Noyabr 12:49
755 baxış

“Qalatasaray”dan David Vilyaya təklif

Məşhur ispaniyalı futbolçu David Vilya karyerasını Türkiyədə davam etdirə bilər. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “Qalatasaray” veteran forvardı heyətinə qatmaq niyyətindədi.

 

ABŞ-ın “Nyu York Siti” klubunda çıxış edən 34 yaşlı forvard qısa müddətlik Avropaya qayıtmaq fikrindədi. Çünki dekabrda mövsüm başa çatacaq və komandalar uzun müddət istirahət edəcəklər. “Qalatasaray” rəhbərliyi də Vilyanın həmin dövrdə bu klubun formasını geyinməsini istəyir. 5 aylıq icarə qarşılığında türklər qarşı tərəfə 1 milyon avro təklif edibər.

 

Qeyd edək ki, David Vilya bu mövsüm MLS liqasında 30 oyun keçirib, 18 qola imza atıb.

Xəbər lenti