14 İyul 20:38 “Qalatasaray”ın gənc ulduzu La Liqada - FOTO
FUTBOL xəbərləri 14 İyul 20:38
1010 baxış

“Qalatasaray”ın gənc ulduzu La Liqada - FOTO

İspaniyanın “Real Sosyedad” klubu heyətini gücləndirib. Apasport.az saytının məlumatına görə, “basklar” “Qalatasaray”ın portuqaliyalı ulduzu Brumanı rənglərinə bağlayıblar.

 

Gənc hücumçu ilə müqavilə icarə əsasında olacaq və 1 illik nəzərdə tutulub. Ancaq anlaşmadakı bir maddəyə görə, əgər ispanlar Brumanın çıxışından razı qalsalar, gələn ilin 30 iyununa kimi onun transfer hüquqlarını birdəfəlik ala bilərlər.

 

Keçidin maliyyə detalları haqqında məlumat verilmir.

Xəbər lenti