11 Avqust 00:01 “Qalatasaray”lı futbolçu Türkiyənin ən yaxşısı seçildi - FOTO
FUTBOL xəbərləri 11 Avqust 00:01
962 baxış

“Qalatasaray”lı futbolçu Türkiyənin ən yaxşısı seçildi - FOTO

Türkiyədə ötən futbol mövsümünün ən yaxşılarının adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Peşəkar Futbolçular Dərnəyinin təşkil etdiyi mükafatlandırma mərasimində ilin ən yaxşı oyunçusu və digər nominasiyalar üzrə qaliblər müəyyənləşib.

 

Seçimlərin nəticəsinə görə, ötən mövsümün ən yaxşı futbolçusu “Qalatasaray”ın qapıçsı Fernando Muslera olub. O, komanda yoldaşı Uesli Sneyderi, “Fənərbaxça”lı Məhmət Topal və ötən mövsümü “Bursaspor”da keçirmiş Fernandaonu qabaqlayaraq nüfuzlu mükafata sahib çıxıb.

 

Digər nominasiyalar üzrə qaliblər isə aşağıdakı kimi sıralanıb:

 

İlin ən yaxşı gənc oyunçusu: Ozan Tufan (“Bursaspor”)

 

İlin “Fair Play” hərəkəti: Şota Arveladze (“Kasımpaşa”)

 

Xüsusi mükafat: Arda Turan (“Barselona”)

 

İlin ən yaxşı qapıçısı: Fernando Muslera (“Qalatasaray”)

 

İlin ən yaxşı məhsuldar ötürməsi: Mustafa Əl Kəbir (“Gənclərbirliyi”)

 

İlin ən yaxşı qolu: Güray Vural (“Akhisar Bələdiyyəspor”)

 

Qeyd edək ki, gecədə mövsümün ən yaxşı ilk 11-i də müəyyənləşib.

Xəbər lenti