2 Avqust 21:31 “Qalatasaray”lı futbolçulardan Mançiniyə 4 ulduzlu sürpriz - FOTO - VİDEO
FUTBOL xəbərləri 2 Avqust 21:31
1776 baxış

“Qalatasaray”lı futbolçulardan Mançiniyə 4 ulduzlu sürpriz - FOTO - VİDEO

Türk Telekom Arenada “İnter”i qəbul edən “Qalatasaray”ın futbolçuları keçmiş baş məşqçiləri Roberto Mançiniyə sürpriz hazırlayıblar. Apasport.az saytının məlumatına görə, “Qalatasaray”da işlədiyi müddətdə oyun zamanı tapşırıqlarını kağızla meydana yollayan italiyalı mütəxəssis üçün keçmiş tələbələri bu mövzuda xüsusi “qeyd” hazırlayıblar.

 

Əvvəlcə meydanda oyunçuların bir-birinə ötürdükləri kağız parçasını ən sonda Sneyder Mançiniyə çatdırıb.

 

İtaliyalının açıb baxdığı kağızda isə “Qalatasaray”ın 20-ci çempionluğuna işarə olaraq 4 ulduz rəsmi yer alıb.

 

Gülərək əlindəki kağızı kameralara göstərən Mançini sürprizdən mənun qalıb. 

 

 

Xəbər lenti