15 Avqust 11:23 “Qarabağ” 10-un astanasında
FUTBOL xəbərləri 15 Avqust 11:23
594 baxış

“Qarabağ” 10-un astanasında

Bu gün Topaz Pfemyer Liqasında növbəti oyununa çıxacaq “Qarabağ” ardıcıl 9 oyundu meydanı qolsuz tərk etmir. Apasport.az saytının məlumatına görə, ağdamlılar ölkə çempionatındakı qollu seriyasını 10-a çatdırmaq üçün “Rəvan”la görüşdə də rəqib qapısına yol tapmalıdı.

 

Qurban Qurbanovun yetirmələri son 9 matçda ümumilikdə 14 dəfə fərqlənib.

 

Ağdamlıların qol vura bilmədiyi son qarşılaşma “İnter”ə qarşı olub. Aprelin 2-də keçirilən matçda qapılara ümumiyyətlə qol vurulmayıb – 0:0.

 

Qeyd edək ki, 9 oyunluq seriyanın 8 matçı ötən, 1-i isə cari mövsümə təsadüf edib.

 

Xəbər lenti