27 Avqust 23:12 “Qarabağ” - 393 gündən sonra
FUTBOL xəbərləri 27 Avqust 23:12
889 baxış

“Qarabağ” - 393 gündən sonra

“Qarabağ” evdə keçirdiyi avrokubok oyunlarında qələbə həsrətinə son qoyub. Apasport.az saytının məlumatına görə, Bakıdakı son 6 qarşılaşmada qalib gələ bilməyən ağdamlılar Avropa Liqasının pley-off mərhələsinin “Yanq Boyz”la cavab oyununda 3:0 hesabı ilə qələbə qazanıb.

 

İsveçrə təmsilçisi ilə görüşdən əvvəlki son ev qələbəsi 2014-cü il iyulun 30-da qeydə alınmışdı. Çempionlar Liqasının ötən mövsümünün “Zalsburq”la (Avstriya) qarşılaşmasında komandamız 2:1 hesabı ilə qalib gəlmişdi. Bern klubu ilə görüşdə 393 günlük qələbə həsrətinə son qoyulub.

 

Bundan sonra Avropa Liqasında pley-offunda “Tvente” (Hollandiya), qrupunda “Sent-Etyenn” (Fransa), “Dnepr” (Ukrayna), “İnter” (İtaliya), cari mövsüm Çemionlar Liqasında “Rudar” (Monteneqro) və “Seltik”lə (Şotlandiya) görüşən “Qarabağ” 6 oyunun 5-də 0:0 hesabı ilə kifayətlənmişdi.

 

Yalnız “Dnepr”ə 1:2 hesabı ilə uduzan təmsilçimiz seriyasını darmadağınla qırıb.

 

Xəbər lenti