25 Avqust 09:02 “Qarabağ” – 60, “Qəbələ” - 10 - STATİSTİKA
FUTBOL xəbərləri 25 Avqust 09:02
2696 baxış

“Qarabağ” – 60, “Qəbələ” - 10 - STATİSTİKA

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları Azərbaycan klubları üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, Bakıda İsveçrənin “Yanq Boyz” klubunu qəbul edəcək “Qarabağ” qitə miqyaslı turnirlərdə 60-cı matçını keçirəcək.

 

Avrokuboklarda 1996-cı ildə debüt edən Ağdam təmsilçisi indiyədək qitə kuboklarında 59 matç keçirib. Bu göstəricidə Azərbaycan rekordçusu olan “Qarabağ” ən yaxın izləyicisi “Neftçi”ni 7 oyun qabaqlayır.

 

Əyalət klubu hamıdan çox – 22 qələbə qazandığı matçlarda 16 heç-heçə edib və 21 məğlubiyyətə üzülüb. 55 qol vuran təmsilçimiz öz qapısından 75-ni buraxıb.

 

Digər təmsilçimiz “Qəbələ” isə 10-cu avrokubok sınağına çıxacaq. Yunanıstan “Panatinaikos”unun qonağı olacaq təmsilçimiz qitə miqyaslı turnirlərdə ən azı 10 matç keçirən 8-ci Azərbaycan klubu kimi tarixə düşəcək. “Qırmızı-qaralar” indiyədək 3 qələbə qazanıb, 2 heç-heçə edib və 4 dəfə uduzub.

 

 

yer

klublar

O

Q

H

M

T/F

1.

Qarabağ (Ağdam)

59

22

16

21

55-75

2.

Neftçi (Bakı)

52

14

15

23

50-83

3.

İnter (Bakı)

30

12

10

8

33-29

4.

Bakı

18

4

5

9

16-31

5.

Xəzər Lənkəran

18

2

7

9

14-33

6.

Qəbələ

9

3

2

4

7-9

7.

Karvan (Yevlax)

6

2

1

3

3-6

8.

MKT-Araz (İmişli)

4

1

1

2

1-3

9.

Bakı fəhləsi (Maştağa)

2

1

0

1

1-1

10.

Şəmkir

10

1

0

9

7-21

11.

Gəncə

10

1

0

9

5-27

12.

AZAL (Bakı-2)

4

0

2

2

3-5

13.

Xəzri (Buzovna)

2

0

1

1

2-11

14.

Simurq (Zaqatala)

2

0

0

2

0-4

15.

Şəfa (Bakı)

2

0

0

2

0-7

16.

Turan (Tovuz)

2

0

0

2

0-7

17.

Viləş (Masallı)

4

0

0

4

2-10

 

Xəbər lenti