30 İyul 14:40 “Qarabağ” 75-ə çatdı
FUTBOL xəbərləri 30 İyul 14:40
1003 baxış

“Qarabağ” 75-ə çatdı

Çempionlar Liqasının III təsnifat mərhələsinin “Seltik”lə səfər oyununda buraxılan qol “Qarabağ”ın qapısına vurulan 75-ci top olub. Apasport.az saytının məlumatına görə, Qlazqodakı oyunadək keçirdiyi 56 matçda 74 dəfə qola üzülən ağdamlıların qapısına yubiley qolunu Dedrik Boyata vurub.

 

Avrokuboklarda 1996-cı ildə debüt edən əyalət klubu indiyədək qitə kuboklarında 21 qələbə qazanıb, 15 heç-heçə edib və 21-ci məğlubiyyətini Şotlandiyada alıb. Təmsilçimiz buraxılan 75 qola 54 topla cavab verib.

 

Buraxılan qollardan 48-i Avropa Liqası, 12-si Kuboklar kuboku, 11-i İntertoto kuboku, 4-ü Çempionlar Liqasına təsadüf edib.

 

Qeyd edək ki, Azərbaycan klubları arasında yalnız bir komanda daha çox top buraxıb. Avrokuboklarda 52 matç keçirən “Neftçi” qapısında 83 top görüb.