12 İyul 01:49 “Qarabağ” asanlıqla mərhələ adlamayacaq “ - İliya Stolitsa
FUTBOL xəbərləri 12 İyul 01:49
5011 baxış

“Qarabağ” asanlıqla mərhələ adlamayacaq “ - İliya Stolitsa

“Bu gün oyuna dominantlıq edən biz olduq. “Qarabağ” isə yaratdığı yeganə qol vəziyyətindən maksimum yararlandı”. Apasport.az saytının məlumatına görə, bunu “Olimpiya”nın baş məşqçisi İliya Stolitsa deyib.

 

Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk matçında “Qarabağ”ı qəbul edən Sloveniya çempionu meydanı məğlub tərk edib – 0:1.

 

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında serbiyalı çalışdırıcı ümidli danışıb. 40 yaşlı mütəxəssis hələ də mərhələ adlayacaqlarına inanır: “Futbolçularım əllərindən gələni etdilər. Düzdü, rəqib əlverişli nəticə qazandı. Ancaq bu, hələ cütlüyün ilk matçıdı. İndi yalnız müsbət şeylər düşünməliyik. Əgər Bakıda da Stojitsedəki kimi oynasaq, fikrimcə, böyük şansımız olacaq. “Qarabağ” asanlıqla mərhələ adlamayacaq”.

 

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 18-də Bakıda baş tutacaq.

Xəbər lenti