14 İyul 11:48 “Qarabağ” aşkar favoritdi
FUTBOL xəbərləri 14 İyul 11:48
1200 baxış

“Qarabağ” aşkar favoritdi

“Topaz” Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçları üçün əmsalları açıqlayıb. Apasport.az saytının məlumatına görə, mərc oyunları operatoru “Qarabağ”ın “Rudar”la (Monteneqro) qarşılaşmasına da pul qoyuluşu qəbul edəcək.

 

“Topaz” Ağdam təmsilçisini aşkar favorit sayır. Belə ki, sabah Bakıda baş tutacaq görüşdə “Qarabağ”ın qələbəsi 1,15, rəqibin qalib gəlməsi 10,00 əmsaldı. Görüşdə heç-heçə proqnozlaşdıranlar isə əmanətlərini 5,00 dəfə artırmaq şansı qazanacaqlar.

 

Qeyd edək ki, matç saat 21:30-da başlayacaq.

Xəbər lenti