5 Avqust 22:22 “Qarabağ” Çempionlar Liqası ilə vidalaşdı - YENİLƏNİB
FUTBOL xəbərləri 5 Avqust 22:22
11672 baxış

“Qarabağ” Çempionlar Liqası ilə vidalaşdı - YENİLƏNİB

Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqası III təsnifat mərhələsi cavab qarşılaşmasına çıxıb. Apasport.az saytının məlumatına görə, ağdamlılar Şotlandiya çempionu “Seltik”i qəbul edib.

 

Ardıcıl ikinci dəfə qitənin ən nüfuzlu klub turnirində iştirak edən Qurban Qurbanovun yetirmələri bu dəfə də III mərhələni adlaya bilmədi.

 

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan oyunda tərəflərdən heç biri fərqlənə bilməyib. İlk oyunda səfərdə məğlub olmuş "Qarabağ" mübarizəni dayandırıb.

 

Ancaq ağdamlılar üçün Avrokubok mövsümü bununla yekunlaşmayıb. Belə ki, "Qarabağ" bundan sonra mübarizəsini Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.

 

Çempionlar Liqası

III təsnifat mərhələsi

Cavab oyunu, 5 avqust

 

 

"Qarabağ" (Azərbaycan) - "Seltik" (Şotlandiya) - 0:0

 

Baş hakim: Martin Strömberqsson

Yan xətt hakimləri: Daniel Qustavsson, Stefan Hallberq

Dördüncü hakim: Yohan Hamlin (hamısı İsveç)

 

Hakim-inspektor: Alen Hamer (Lüksemburq)

UEFA nümayəndəsi: Peter Lundström (Finlandiya)

Bakı.   Tofiq Bəhramov adına Respublika stadionu

 

İlk oyun – 0:1

 

 

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov, 18. İlqar Qurbanov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 9. Reynaldo, 10. Dani Kintana, 20. Riçard Almeyda, 67. Əl Harbi Əl Jedayui, 29. Raydel Pupon

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 32. Elvin Yunuszadə, 6. Vüqar Mustafayev, 11. Elvin Məmmədov, 22. Əfran İsmayılov, 91. Coşqun Diniyev, 77. Cavid Tağıyev

Baş məşqçi: Qurban Qurbanov

 

 

 

“Seltik”: 1. Kreyq Qordon, 3. Emilio İzagire, 5. Virgil van Diyk, 20. Dedrik Boyata, 23. Mikael Lustiq, 6. Nir Biton, 8. Skot Braun, 14. Stüart Armstronq, 16. Qari Meki Steven, 25. Stefan Yohansen, 7. Nadir Çiftçi

Ehtiyat oyunçular: 26. Loqan Baili, 4. Efe Ambrose, 22. Saidi Yanko, 15. Kris Kommons, 18. Tom Roqic, 49. Ceyms Forest, 9. Leyq Qriffits

Baş məşqçi: Ronni Deyla

Xəbər lenti