11 İyul 23:54 “Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı - YENİLƏNİB
FUTBOL xəbərləri 11 İyul 23:54
11270 baxış

“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı - YENİLƏNİB

Bu gün Azərbaycan klubları üçün avrokubok mövsümünə start verilib. Apasport.az saytının məlumatına görə, son 5 mövsümün çempionu “Qarabağ” mübarizəyə qoşulub.

 

Çempionlar Liqasında çıxış edən təmsilçimiz I təsnifat mərhələsinin ilk oyununa çıxıb. Ağdam klubu Sloveniyanın “Olimpiya” klubu ilə qarşılaşmada qüvvəsini sınayıb. Ardıcıl 5-ci dəfə qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan Qurban Qurbanovun yetirmələri ilk oyunu səfərdə keçirib. Lyublyananın “Stojitse” stadionunda baş tutan qarşılaşma təmsilçimiz üçün uğurlu alınıb. Azərbaycan çempionu Vild-Donald Geryenin yeganə qolu sayəsində səfərdən qalibiyyətlə dönüb və cavab matçı öncəsi ciddi üstünlük əldə edib.

 

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 18-də keçiriləcək.

 

Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyun

 

11 iyul

“Olimpiya” (Sloveniya) – “Qarabağ” (Azərbaycan) - 0:1
Qol: 
Vild-Donald Gerye, 79

Sarı vərəqələr: Marko Putinçanin, 24 - Qara Qarayev, 31; Vild-Donald Gerye, 73; Bədavi Hüseynov, 85

Qırmızı vərəqələr: Abass İssa, 85 - Qara Qarayev, 90+1

Baş hakim: Lourense Visser
Baş hakimin köməkçiləri: Karel de Roker, Co de Veyrdt
Dördüncü hakim: Bram van Drieşe (hamısı Belçika) 
Hakim-inspektor: Paulius Maljinskas (Litva)

Lyublyana, “Stojitse” stadionu.

“Olimpiya” (Sloveniya): 31. Alyaj İvaçiç, 3. Makki Baqnak, 5. Marko Qayiç, 7. Rok Kronaveter (10. Qoran Brkiç, 81), 17. Abass İssa, 27. Aris Zarifoviç (k), 44. Dino Ştiqleç, 70. Marko Putinçanin, 77. Stefan Saviç (29. Matiç Çrniç, 71), 90. Tomislav Tomiç, 95. Daniel Avramovski (21. Kinqsli Boatenq, 88)

Ehtiyat oyunçular: 41. Neyts Vidmar, 4. Leo Eyup, 8. Daniyel Mişkiç, 23. Nik Kapun

Baş məşqçi: İliya Stolitsa

“Qarabağ” (Azərbaycan): 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 8. Miçel, 11. Mahir Mədətov, 17. Abdullah Zubir (14. Rəşad Sadıqov, 90+3), 19. Filip Ozobiç (10. Dani Kintana, 63), 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 77. Vild-Donald Gerye, 91. Coşqun Diniyev (6. Simeon Slavçev, 46)

Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov

Baş məşqçi: Qurban Qurbanov

Xəbər lenti