16 Oktyabr 09:17 “Qarabağ” daha bir əcnəbi futbolçusunu itirdi
FUTBOL xəbərləri 16 Oktyabr 09:17
2427 baxış

“Qarabağ” daha bir əcnəbi futbolçusunu itirdi

“Qarabağ”ın zədəli futbolçularının sayı günü-gündən artır. Apasport.az saytının məlumatına görə, indi də Dani Kintana sıradan çıxıb.

 

Çumbinyo və Namiq Ələsgərov sağaldıqdan sonra əvəzində Maksim Medvedevlə Reynaldonu itirən Ağdam təmsilçisində Kintana oktyabrın 11-də “Qəbələ” ilə keçirilən yoxlama görüşündə xəsarət alıb. Tibbi müayinədən sonra ispaniyalı yarımmüdafiəçinin əzələsinin dartıldığı məlum olub. Bu səbəbdən 29 yaşlı oyunçu Topaz Premyer Liqasının VIII turu çərçivəsində “Zirə”yə qarşı sabah keçiriləcək qarşılaşmanı buraxacaq.

 

Onun oktyabrın 22-də Avropa Liqasının qrupunda “Monako” ilə səfər matçında iştirakı isə sual altındadı.

Xəbər lenti