8 İyul 08:54 “Qarabağ” əbəs yerə Azərbaycan çempionu olmayıb" – Roman Şişkin
FUTBOL xəbərləri 8 İyul 08:54
3447 baxış

“Qarabağ” əbəs yerə Azərbaycan çempionu olmayıb" – Roman Şişkin

“Qarabağ” ciddi komandadı. Heyətində çoxlu texnikalı futbolçular toplaşıb”. Apasport.az saytı xəbər verir ki, bu sözləri rusiyalı futbolçu Roman Şişkin deyib.

 

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” Avstriya toplanışında sonuncu yoxlama görüşündə də qələbə qazana bilməyib. Əvvəlki oyunlarda yerli “Horn” klubuna 3:4, Rumıniya “Styaua”sına isə 2:3 hesabı ilə uduzan ağdamlılar bu dəfə Moskva “Lokomotiv”i ilə qarşılaşıblar.

 

2:2 hesabı ilə başa çatan matçdan sonra Rusiya klubunun müdafiəçisi Şişkin ölkəsinin mətbuatına açıqlama verib. O, “Qarabağ” haqda müsbət fikirlər səsləndirib: “Rəqib topa yaxşı nəzarət edirdi. Qapımıza cərimə zərbəsindən qol vuran Reynaldo “Qarabağ”ın texnikalı futbolçularından biridi. Rəqibin oyunu çox xoşuma gəldi. “Qarabağ” əbəs yerə Azərbaycan çempionu olmayıb. Bu komanda Çempionlar Liqasında çıxış edəcək. Deməli, yaxşı komandadı”.  

 

 

Xəbər lenti

Xəbər lenti