29 İyul 12:35 “Qarabağ” haqda hər şeyi bilirlər - FOTO
FUTBOL xəbərləri 29 İyul 12:35
1561 baxış

“Qarabağ” haqda hər şeyi bilirlər - FOTO

“Qarabağ” yaxşı komandadı. Hətta deyərdim ki, bu klub Çempionlar Liqası standartlarına cavab verir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Şotlandiyanın “Seltik” klubunun məşqçisi Con Kollinz deyib.

 

Baş məşqçinin köməkçisi olan 47 yaşlı mütəxəssis Çempionlar Liqasının III təsnifat mərhələsinin bu gün Azərbaycan çempionu “Qarabağ”la keçiriləcək qarşılaşması haqda fikirlərini açıqlayıb: “Azərbaycan çempionu topla çox gözəl rəftar edir. “Qarabağ”ın futbolçuları meydanda çox hərəkətlidilər. Amma buna görə narahat olmağa dəyməz. Futbolçularımız rəqib oyunçuları haqda hər şeyi bilir. Biz apardığımız təhlillərə əsaslanıb, futbolçuları da lazımınca məlumatlandırmışıq. Rəqibimizin ötən mövsüm Çempionlar Liqasında, Avropa Liqasının qrupunda keçirdiyi oyunların videolarını izləmişik.  Onların “İnter” və “Sent-Etyenn”ə qarşı necə oynadığını da görmüşük”.

 

Qeyd edək ki, Qlazqoda keçiriləcək “Seltik” – “Qarabağ” oyunu saat 23:45-də başlayacaq.

Xəbər lenti