25 İyul 19:48 “Qarabağ” isveçliyə tapşırıldı
FUTBOL xəbərləri 25 İyul 19:48
1429 baxış

“Qarabağ” isveçliyə tapşırıldı

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi cavab qarşılaşması “Qarabağ” – “Seltik” matçının hakimləri bəlli olub. Apasport.az saytının məlumatına görə, görüşdə əsas söz sahibi isveçli FİFA referisi Martin Strömberqsson olacaq.

 

Ona həmyerliləri Daniel Qustavson və Stefan Hallberq köməklik edəcək.

 

Qarşılaşmasnın dördüncü hakimi funksiyasını isə Yohan Hamlin yerinə yetirəcək.

 

Qeyd edək ki, bu mərhələnin ilk qarşılaşması Şotlandiyada keçiriləcək və o oyunu avstriyalı hakimlər briqadası idarə edəcək. Baş hakim Robert Şorgenhoferə Matthias Vinsaue, Richard Hubler, Dominik Ouşan kömək edəcək.

 

Əlavə olaraq bildirək ki, təmsilçimizin ilk maçı iyulun 29-da Bakı vaxtı ilə saat 23:45-də Qlazqoda "Celtik Park"  arenasında, ikinci oyunu isə avqustun 5-də Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Xəbər lenti