31 Oktyabr 20:55 "Qarabağ" liderliyini möhkəmləndirdi, Qəbələdə oyun təxirə salındı - YENİLƏNİB
FUTBOL xəbərləri 31 Oktyabr 20:55
19536 baxış

"Qarabağ" liderliyini möhkəmləndirdi, Qəbələdə oyun təxirə salındı - YENİLƏNİB

Bu gün Topaz Premyer Liqasında XI tura start verilib. Apasport.az saytının məlumatına görə, turun görüşləri iki gündə oynanılacaq.

 

İlk matç saat 16:00-da başlayıb. “İnter” “Zirə” ilə oynayıb. Turnir cədvəlinin qonşu pillələrində qərarlaşan komandalar matçdan qolsuz bərabərliklə ayrılıblar.

 

“Qəbələ” ilə “Kəpəz” ilk dövrədə olduğu kimi bu dəfə də Qəbələdə qarşılaşıblar. Saat 18:00-da start verilən görüşdə gəncəlilərin futbolçusu Sitnik 2-ci dəqiqədə hesabı açıb. Ancaq həmin saatlarda meydançanı bürüyən güclü duman görmə şəraitini çətinləşdirdiyinə görə, qarşılaşma 29-cu dəqiqədən etibarən dayandırılıb. Oyun sabah saat 20:00-da davam etdiriləcək.

 

Lider “Qarabağ” isə öz meydanında AZAL-ı məğlub edib. Son sıralarda qərarlaşmış rəqibini 2 cavabsız qolla məğlub edən ağdamlılar çətin avrokubok sınağında öncə yaxşı əhval-ruhiyyə qazanıblar.

 

Topaz Premyer Liqası

XI tur

 

31 oktyabr

 

“Qarabağ” – AZAL - 2:0

Qollar: Əfran İsmayılov, 49, Pupon, 90+2

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Vüsal Qənbərov, Rəhim Həsənov 
AFFA nümayəndəsi: Mübariz  Hüseynov
Hakim-inspektor: Kərim  Ağayev

I dövrənin oyunu: 2:0
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

“Qarabağ”: 13. İbrahim Şehiç (k), 2. Qara Qarayev, 10. Dani, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda (k), 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov, 90. Samuel Armenteros, 97. Mahir Mədətov

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 5. Maksim Medvedev, 8. Migel Madera, 29. Raydell Pupon, 67. Əl Hərbi Əl Jadeyui, 70. Marinaldo Çiçero, 91. Coşqun Diniyev

Baş məşqçi: Qurban Qurbanov

 

AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov (k), 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev, 4. Qvanzan Maqomedov, 14. İlqar Ələkbərov, 6. Tagim Novruzov, 21. Murad Səttarlı, 11. Ruslan Nəsirli, 22. Kamal Mirzəyev, 9. Aydın Qasımov

Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 50. Sənan Məmmədli, 5. Kamil Hüseynov, 15. Rüfət Musayev, 7. Tərlan Xəlilov, 19. Məhəmməd Bədəlbəyli, 28. Müşfiq Teymurov

Baş məşqçi: Tərlan Əhmədov

 

 

“Qəbələ” – “Kəpəz” - 0:1 (Görüş təxirə salınıb)

Qol: Aleksandr Sitnik, 2

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Knyaz Əmiraslanov, Elvin Əsgərov 
AFFA nümayəndəsi: Ramiz  Abdullayev
Hakim-inspektor: Murad  Məmmədov
I dövrənin oyunu: 1:0
Qəbələ şəhər stadionu

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 4. Elvin Camalov, 9. Sergey Zenyov, 19. Aleksey Qay (k), 21. Arif Daşdəmirov, 34. Ürfan Abbasov, 69. Aleksey Antonov, 70. Vaqif Cavadov, 87. Ruslan Abışov, 88. Derlis Meza Kolli

Ehtiyat oyunçular: 33. David Pietrzikeviç, 5. George Floresku, 8. Məhəmməd Mirzəbəyov, 25. Qismət Alıyev, 32. Fakundo Pereyra, 44. Rafael Santos, 66. Samir Zərgərov

Baş məşqçi: Roman Qriqorçuk

 

“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 25. Şəhriyar Əliyev, 3. Tərlan Quliyev, 13. Şəhriyar Rəhimov, 7. Junior Osvaldo, 8. Budaq Nəsirov, 68. Rəşad Eyyubov, 10. Dario Federiko Junior, 27. Bəxtiyar Soltanov, 19. Aleksandr Sitnik

Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 15. Azad Kərimov, 9. Murad Ağakişiyev, 23. Tural Nərimanov, 80. Tural Rzayev, 90. Julien Ebah, 6. Ceyhun Cavadov

Baş məşqçi: Şahin Diniyev

 

 

“İnter” – “Zirə” - 0:0

Hakimlər: Fariz Yusifov, İsgəndər Əliyev, Coşqun Həsənov, Ömər Paşayev 

AFFA nümayəndəsi: Məmmədəli  Məmmədov
Hakim-inspektor: Məhəmməd  Məmmədov
I dövrənin oyunu: 0:0
“İnter Arena”

“İnter”: 1. Səlahət Ağayev (k), 3. Xuan Fransisko, 5. Denis Silva, 6. Laşa Salukvadze, 7. Nika Kvekveskiri, 10. Elnur Abdullayev, 15. Stepan Polyak, 22. İlkin Qırtımov, 23. Dieqo Martins, 24. Fuad Bayramov, 88. Abdulla Abatsiyev

Ehtiyat oyunçular: 96. Elşən Poladov, 4. Laşa Kasradze, 8. Nizami Hacıyev, 9. Limam Seydi, 17. Mirsahib Abbasov, 39. Elnur Süleymanov, 77. Emilian Vila

Baş məşqçi: Zaur Svanadze

“Zirə”: 1. Anar Nəzirov, 37. Yovan Krneta, 5. Adil Nağıyev, 2. Çimezi Mbah, 28. Təmkin Xəlilzadə, 7. Rihairo, 11. Viktor İqbekoyi, 33. Dieqo Souza, 8. Tərzin Cahangirov, 27. Rəşad Abdullayev (k), 9. Nelson Bonilla

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 32. Luis Alberto Diez, 17. Nicat Qurbanov, 77. Ruslan Poladov, 6. Hacı Əhmədov, 66. Eduardo Makiel, 64. Ülvi Süleymanov

Məşqçi: Ayxan Abbasov

 

Turnir cədvəli

 

 

1.

Qarabağ

11

8

2

1

20:8

26

2.

Qəbələ

10

6

3

1

17:4

21

3.

İnter

11

5

4

2

9:7

19

4.

Zirə

11

4

6

1

10:8

18

5.

Kəpəz

10

4

3

3

12:9

15

6.

Sumqayıt

10

2

5

3

8:10

11

7.

Neftçi

10

2

4

4

9:11

10

8.

Xəzər Lənkəran

10

2

3

5

9:15

9

9.

AZAL

11

2

2

7

5:14

8

10.

Rəvan

10

0

2

8

4:17

2

 

Bombardir: Riçard Almeyda (“Qarabağ”) – 5 qol

Xəbər lenti