13 Noyabr 11:16 “Qarabağ" qapalı futbol oynayır” – “Tottenhem”in futbolçusu
FUTBOL xəbərləri 13 Noyabr 11:16
2278 baxış

“Qarabağ" qapalı futbol oynayır” – “Tottenhem”in futbolçusu

“Avropa Liqası qitənin ikinci dərəcəli turniri sayılır. İngiltərə komandalarının Premyer Liqadakı çıxışına təsir edir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Tottenhem”in yarımmüdafiəçisi Rayan Mason deyib.

 

Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan London klubu növbəti matçını məhz təmsilçimizə qarşı keçirəcək. Turnirlə bağlı fikirlərini bildirən 24 yaşlı futbolçu komandaların müdafiə futbolu oynadıqlarını söyləyib: “Düzdü, Avroliqada enerji sərf olunur. Bunun da ingilis komandalarına mənfi təsiri olur. Ancaq Avroliqada da böyük klublar çıxış edir. Burda taktiki mübarizə olur və komandalar bir az aşağı tempdə çıxış edirlər. Əksər klublar müdafiəyə oturur və əks-hücum futboluna üstünlük verirlər. Bu isə Premyer Liqadan tam fərqlidi”.

 

İngiltərə millisinin üzvü “Qarabağ”la Bakıdakı qarşılaşmada iştirak etmək istədiyini də əlavə edib: “Bu turnir futbolçuların təcrübə toplamaları baxımından çox önəmlidi. Burda iştirak etməklə beynəlxalq təcrübə qazanırsan. Mən hələ ki, bu turnirdə az oynamışam. Ümid edirəm ki, “Qarabağ” və “Monako” ilə görüşlərdə baş məşqçi mənə daha çox şans verər. Bununla, həm də qapalı futbol oynayan komandalara qarşı necə çıxış etmək lazım gəldiyini də görərəm”.

 

Qeyd edək ki, “Qarabağ” – “Tottenhem” oyunu noyabrın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu komandalar arasında Londonda baş tutan qarşılaşmada ingilislər 3:1 hesablı qələbə qazanmışdılar.

Xəbər lenti