25 Avqust 18:38 “Qarabağ” Respublika Stadionundan imtina etdi
FUTBOL xəbərləri 25 Avqust 18:38
1585 baxış

“Qarabağ” Respublika Stadionundan imtina etdi

UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Yanq Boys” cavab qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub. Apasport.az saytının məlumatına görə, ağdamlıların baş məşqçisi Qurban Qurbanov avqustun 26-da oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında saat 17:15-də media mənsublarının önünə çıxacaq.

 

“Yanq Boys”un baş məşqçisi Harald Gamperle isə saat 17:45-də jurnalistlərin suallarını cavablandıracaq. Rəqibimizin oyunqabağı son çalışması 18:15-də baş tutacaq.

 

Qeyd edək ki, Qurban Qurbanovun komandası matçdan qabaqkı son məşqə oyunun keçiriləcəyi stadionda çıxmayacaq. Belə ki, “Qarabağ”n oyunöncəsi son məşqi sabah saat 19:15-də klubun Suraxanı qəsəbəsindəki bazasında baş tutacaq.

Xəbər lenti