10 İyul 09:09 "Qarabağ" - "Rudar" matçının biletləri satışda
FUTBOL xəbərləri 10 İyul 09:09
949 baxış

"Qarabağ" - "Rudar" matçının biletləri satışda

Çempionlar Liqasının II təsnifat mərhələsidə baş tutacaq "Qarabağ" - "Rudar" oyununun biletləri satışa buraxılıb. Apasport.az saytının məlumatına görə, biletlər bu gündən etibarən matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılacaq.

 

Biletlərin qiyməti 1-2 manat dəyərindədi. Yalnız VİP üçün biletləri 20 manata almaq mümkündü.

 

"Qarabağ" rəhbərliyi “qara bazar”ın qarşısının alınması üçün rəsmi saytı vasitəsilə azarkeşlərə səslənib. Həmin müraciətdə deyilir: “Bütün ictimaiyyətdən biletləri sadəcə Respublika stadionunun kassalarından və holoqramlı bilet almağı xahiş edirik. Kassadan bilet almaqla "qara bazar" imkanlarını məhdudlaşdırmış olarıq. Klub tərəfindən ayrılmış mühafizə xidmətinin əməkdaşları da satış müddətində sizə yardım etmək üçün çalışacaq.

Xəbər lenti

Xəbər lenti