29 İyun 10:37 “Qarabağ” Rumıniya nəhənginə qarşı
FUTBOL xəbərləri 29 İyun 10:37
3415 baxış

“Qarabağ” Rumıniya nəhənginə qarşı

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” 3 yoxlama görüşündə qüvvəsini sınayacaq. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Ağdam təmsilçisinin daha bir sparrinq-rəqibinin adına aydınlıq gəlib.

 

İlk olaraq, iyunun 30-da Avstriya təmsilçisi "SV Horn"la qarşılaşacaq Azərbaycan çempionu iyulun 3-də Rumıniya klubu "Styauya" ilə üz-üzə gələcək. Rumınlarla oyunun Bakı vaxtı ilə saat 17:30-da başlaması nəzərdə tutulub.

 

Qeyd edək ki, son yoxlama görüşündə iyulun 7-də "Lokomotiv"lə (Moskva, Rusiya) qarşılaşacaq “Qarabağ” ertəsi gün Azərbaycana qayıdacaq. Komanda iyulun 15-də Çempionlar Liqasının II təsnifat mərhələsində "Rudar"ı (Monteneqro) qəbul edəcək. 

Xəbər lenti