16 İyul 13:12 “Qarabağ” səpələnməmişlər sırasında
FUTBOL xəbərləri 16 İyul 13:12
7308 baxış

“Qarabağ” səpələnməmişlər sırasında

Sabah Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

 

II təsnifat mərhələsinin ilk qarşılaşmalarından sonra baş tutacaq püşkatmada 17 cüt və mübarizəyə birbaşa qoşulan 13 klub iştirak edəcək. Tədbir iki hissədən ibarət olacaq.

 

II təsnifat mərhələsinin 17 cütü, həmçinin mübarizəyə qoşulacaq 3 daha yüksək reytinqli liqanın (reytinqdə 14-16-cı yerlər) çempionu püşkdə 10 cütlük təşkil edəcək. Komandalar artıq səbətlərə də bölünüb. Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibi bəlli olacaq. Komandamızın Monteenqro təmsilçisi “Rudar”la cütü səpələnməmişlər sırasındadı.

 

Daha güclü liqaları təmsil edən, amma çempion olmayan 10 komanda mübarizəyə start verəcək. Qonşu Türkiyənin “Fənərbaxça” klubu səpələnməmişlərin səbətində yer alacaq.

 

Çempionlar qrupu

Səpələnmişlər

“Bazel” (İsveçrə)

“Zalsburq” (Avstriya)

“Viktoriya” (Çexiya)

BATE (Belarus) - “Dandalk” (İrlandiya) cütünün qalibi

“Seltik” (Şotlandiya) - “Styarnan” (İslandiya) cütünün qalibi

“Dinamo” (Xorvatiya) - “Fola” (Lüksemburq) cütünün qalibi

APOEL (Kipr) - “Vardar” (Makedoniya) cütünün qalibi

“Ludoqorets” (Bolqarıstan) - “Milsami” (Moldova) cütünün qalibi

“Trençin” (Slovakiya) - “Styaua” (Rumıniya) cütünün qalibi

“Maribor” (Sloveniya) - “Astana” (Qazaxıstan) cütünün qalibi

Səpələnməmişlər

“Ventspils” (Latviya) - HİK (Finlandiya) cütünün qalibi

“Midtyulland” (Danimarka) - “Linkoln” (Cəbəllütariq) cütünün qalibi

“Hibernians” (Malta) - “Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi

“Molde” (Norveç) - “Pünik” (Ermənistan) cütünün qalibi

TNS (Uels) -  “Videoton” (Macarıstan) cütünün qalibi

“Skenderbeu” (Albaniya) - “Kruzaders” (Şimali İrlandiya) cütünün qalibi

“Partizan” (Serbiya) -  “Dila” (Gürcüstan) cütünün qalibi

“Sarayevo” (Bosniya və Herseqovina) -  “Lex” (Polşa) cütünün qalibi

“QARABAĞ” (AZƏRBAYCAN) - “Rudar” (Monteneqro) cütünün qalibi

“Malmö” (İsveç) -  “Jalgiris” (Litva) cütünün qalibi

 

Qeyri-çempionlar

Səpələnmişlər

“Şaxtyor” (Ukrayna)

“Ayaks” (Hollandiya)

MOİK (Rusiya)

“Brügge” (Belçika)

“Monako” (Fransa)

Səpələnməmişlər

“Yanq Boyz” (İsveçrə)

“Sparta” (Çexiya)

“Fənərbaxça” (Türkiyə)

“Panatinaikos” (Yunanıstan)

“Rapid” (Avstriya)

Xəbər lenti