11 Sentyabr 13:22 “Qarabağ” Suraxanıya köçür: İşin 97-98 faizi görülüb
FUTBOL xəbərləri 11 Sentyabr 13:22
6986 baxış

“Qarabağ” Suraxanıya köçür: İşin 97-98 faizi görülüb

Ölkəmizi Avropa Liqasında təmsil edən “Qarabağ” tezliklə Suraxanıdakı bazasına köçəcək. Bu barədə apasport.az saytına Ağdam klubunun icraçı-direktoru Əmrah Çəlikəl məlumat verib.

 

Azərbaycan çempionatının IV turunda “Xəzər Lənkəran”la qarşılaşacaq “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunun qazonu yaxşı vəziyyətdə olmadığı üçün rəqibini “Dalğa Arena”da qəbul edəcək.

 

Süni örtüklü meydançada oynamağa alışmayan “köhlən atlar” bu əziyyətə çox qatlaşmalı olmayacaqlar. Belə ki, oktyabrın əvvəlinə kimi, “Qarabağ”ın tam olaraq, bazasına köçməsi nəzərdə tutulub.

 

Ə. Çəlikəl hazırda bazada son işlərin görüldüyünü bildirib: “İşin 97-98 faizi görülüb. 2-3 faiz xırda işlər qalıb ki, hazırda onların üzərində çalışırıq. Onsuz da, komanda məşqlərini öz bazamızda keçirir. Bilirsiz ki, bizim məşq meydançalarımız da var. Ancaq istəyirik ki, komanda çempionatdakı ev oyunlarını da Suraxanıda keçirsin. Çünki süni örtükdə oynamaq problem yarada bilər. Öz bazamızdakı stadionun qazonu əla vəziyyətdədi. Maksimum dərəcədə çalışırıq ki, ən tez zamanda bazamıza köçək. İnşallah, oktyabrın əvvəlinə kimi bunu edəcəyik”.  

Xəbər lenti