22 Avqust 12:02 “Qarabağ” üçün “Bakı” ilə debüt edən hakim
FUTBOL xəbərləri 22 Avqust 12:02
343 baxış

“Qarabağ” üçün “Bakı” ilə debüt edən hakim

Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Yanq Boyz” oyununu idarə edəcək Gediminas Majeyka əvvəllər də Azərbaycan komandalarının matçlarına təyinat alıb. Apasport.az saytının məlumatına görə, 37 yaşlı referi beynəlxalq miqyaslı oyunlarda debütünü “Bakı”nın oyununda gerçəkləşdirib.

 

2007-ci ildə keçirilən “Birlik kuboku”na dəvət alan Majeyka yanvarın 21-də təmsilçimizin Qırğızıstanın “Dordoy-Dinamo” ilə görüşündə fit çalıb. Bu qarşılaşmada bakılılar 2:0 hesabı ilə qalib gəlib. Litvalı isə hər komandaya 1 sarı vərəqə göstərib.

 

Həmin vaxt FİFA hakimi olmayan Baltikyanı ölkə təmsilçisi 2008-ci ildən bu statusa da yiyələnib. Hazırda isə o, UEFA-nın 1-ci kateqoriyasına malik referidi.

 

2008-ci il sentyabrın 9-da isə Azərbaycan və Albaniyanın U-21 komandaları AVRO-2009-un seçmə oyununda üz-üzə gəlib. Qolsuz heç-heçə ilə nəticələnən matçın referisi meydan sahibi olan rəqibimizə 1 qırmızı və 3 sarı vərəqə verib. Yığmamız isə 5 xəbərdarlıqla cəzalanıb.

 

Xəbər lenti