6 Avqust 11:54 “Qarabağ” üçün ənənəyə çevrilən hesab
FUTBOL xəbərləri 6 Avqust 11:54
590 baxış

“Qarabağ” üçün ənənəyə çevrilən hesab

“Qarabağ” avrokuboklarda uğursuz seriya ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi ev oyunlarında qol vurmaq və qələbə qazanmaq sarıdan ciddi problem yaşayır.

 

Ötən il iyulun 30-da Avstriyanın “Zalsburq” klubunu 2:1 hesabı ilə məğlub edən təmsilçimiz Çempionlar Liqasının III təsnifat mərhələsinin həmin matçından sonra öz meydanında azarkeşlərinə qələbə sevinci yaşatmayıb.

 

372 gündü öz meydanında qalib gəlməyən “Qarabağ” bu müddətdə 6 oyun keçirib. Cəmi 1 qol vuran komandamızın orta məhsuldarlığı çempiona yaraşmayan həddədi - 0,17. Bu qol da Ukrayna “Dnepr”i ilə görüşdə qeydə alınıb. Həmin qarşılaşmada ağdamlılar 1:2 hesabı ilə uduzub.

 

“Qarabağ”ın son 6 ev oyunundan 5-ə isə eyni hesab qeydə alınıb. Ötən mövsüm pley-offda “Tvente” (Hollandiya), qrupda “Sent-Etyenn” (Fransa) və “İnter” (İtaliya), cario mövsümdə “Rudar” (Monteneqro) və “Seltik”lə ev görüşləri 0:0 hesabı ilə nəticələnib. Ardıcıl 3 qarşılaşmadan qolsuz bərabərliklə ayrılan çempionumuz bu seriyanı ən yaxşı halda pley-offda qıracaq.

 

 

Xəbər lenti