5 Sentyabr 18:26 “Qarabağ” üçün yarımçıq heyətlə
FUTBOL xəbərləri 5 Sentyabr 18:26
1178 baxış

“Qarabağ” üçün yarımçıq heyətlə

Doğma şəhərdə hazırlaşan “Xəzər Lənkəran” iki günlük istirahətin ardından bu gün yenidən bir araya gəlir. Apasport.az saytının məlumatına görə, səhər saatlarından başlayaraq toplanan komanda saat 19:00-da stadionun ehtiyat meydançasında məşqə çıxıb.

 

Qarşıdakı 5 gün ərzində də "ağ-yaşıllar" hazırlıqlarını doğma şəhərdə davam etdirəcək.

 

Milli komandaların düşərgələrində olan (A milli) Rahid Əmirquliyev, Ruslan Abışov, Elnur Cəfərov, Vüqar Nadirov, eləcə də (U 21) Orxan Əliyev və İlyas Səfərzadə hazırlıqlara sentyabrın 8-dən etibarən qatılacaqlar. Zədəsini sağaltmaq üzrə olan Sadio Tounkaranın isə çalışmalarda tam qüvvə ilə iştirak edəcəyi gözlənilir. 

 

Xatırladaq ki, Lənkəran təmsilçisi Premyer Liqanın IV turu çərçivəsində sentyabrın 12-də səfərdə “Qarabağ”la qarşılaşacaq. (12ciyouncu.info)

Xəbər lenti