23 Oktyabr 10:47 "Qarabağ" üzərindəki qələbə mərhələni keçməyimizə kömək etməlidi"
FUTBOL xəbərləri 23 Oktyabr 10:47
507 baxış

"Qarabağ" üzərindəki qələbə mərhələni keçməyimizə kömək etməlidi"

“Qarabağ”la oyun çox ağır keçdi. Böyük əziyyətlə olsa da, 3 xalımızı qazandıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Monako”nun kapitanı Ceremi Tulalan deyib.

 

O, Fransa klubunun Avropa Liqasının qrup mərhələsinin III turunun “Qarabağ”la ev oyunundakı 1:0 hesablı qələbəyə şərh verib: “Təbii ki, indiki nəticələrimiz ötən mövsümlə müqayisədə yüksək deyil. Amma əsas odu ki, qalib gəldik. "Qarabağ" üzərindəki qələbə mərhələni keçməyimizə kömək etməlidi. Çalışırıq ki, əvvəlki kimi yaxşı komanda olaq. Bunu bütün komandamız yaxşı başa düşür. Lakin bizə sürət və hərəkətlilik çatmırdı. Biz rəqibə təzyiqi artırmaq istəyirdik. İkinci hissədə nisbətən yaxşı oynadıq”.

 

Qeyd edək ki, bu qələbədən sonra xal hesabını 5-ə çatdıran “Monako” J qrupunda liderliyi ələ alıb.

 

Xəbər lenti