12 Avqust 08:18 “Qarabağ” və “Qəbələ”nin oyununun vaxtı açıqlandı
FUTBOL xəbərləri 12 Avqust 08:18
1053 baxış

“Qarabağ” və “Qəbələ”nin oyununun vaxtı açıqlandı

UEFA Avropa Liqasının pley-off mərhələsində ilk matçların başlama vaxtı açıqlanıb. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu mərhələdə mübarizə aparan “Qəbələ” və “Qarabağ”ın oyunlarının başlama saatı da bəlli olub.

 

“Qəbələ” həmişəki kimi, avqustun 20-də “Panatinaikos”u da saat 21:00-da qəbul edəcək. Qarşılaşma “Bakcell Arena”da keçiriləcək.

 

“Qarabağ”ın “Yanq Boyz”la səfər görüşü isə gec olacaq. Belə ki, “Stad de Sviss” stadionunda baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da veriləcək.

 

Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin cavab görüşləri avqustun 27-də keçiriləcək.

Xəbər lenti