10 Avqust 22:03 "Qarabağ" və "Rəvan" azlıqda qalan rəqibləri ilə bacarmadı - YENİLƏNİB
FUTBOL xəbərləri 10 Avqust 22:03
11733 baxış

"Qarabağ" və "Rəvan" azlıqda qalan rəqibləri ilə bacarmadı - YENİLƏNİB

Bu gün Topaz Premyer Liqasında ilk turun daha iki qarşılaşması keçirilib. Apasport.az saytının məlumatına görə, qarşılaşmalardan biri Bakıda, digəri isə Qəbələdə baş tutub. 

 

Premyer Liqaya yenidən dönən “Rəvan” ilk turda “Sumqayıt”ı qəbul edib. "Kimyaçılar" matçın ilk yarısında azlıqda qalmalarına baxmayaraq əzmkarlıq göstərərək oyunu bərabərliklə bitirməyə nail olublar.

 

Turun mərkəzi görüşü Qəbələdə oynanılıb. Hazırda Avrokubokda yoluna davam edən iki komanda - “Qəbələ” ilə “Qarabağ” üz-üzə gəlib. Olduqca maraqlı və gərgin keçən qarşılaşmada 4 qol olsa da qalib müəyyənləşməyib. Tərəflər hərəyə iki dəfə fərqlənərək ilk turun mərkəzi qarşılaşmasından qollu heç-heçə ilə ayrılıblar.

 

Matçın gedişində hesabda irəli olan və oyunçu sayında da rəqibini üstələyən ağdamlılar sona 5 dəqiqə qalmış Samir Zərgərovun qoluna əngəl ola bilməyərək Qəbələdən bir xalla qayıtmağa məcbur olublar.

 

Topaz Premyer Liqası

I tur

 

 

10 avqust (bazar ertəsi)

 

“Rəvan” – “Sumqayıt” - 0:0

Qırmızı vərəqə: Ağabala Ramazanov, 39


Hakimlər: İnqilab Məmmədov, Azər Əsgərov, Coşqun Həsənov, Rəvan Həmzəzadə 
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Rövşən Əhmədov
“Bayıl Arena”

 

“Rəvan”: Konstyatin Maxnovski, Ruslan Tağızadə, Novruz Məmmədov, Vüqar Bəybalayev, Şerif Suma, Samuel Barlay, Yamin Ağakərimzadə, Nicat Muxtarov, Məhəmməd Alıyev, Ramazan Abbasov, Fərid Quliyev

Ehtiyat oyunçular: Rəşad Əzizli, Elçin İsmayılov, Elvin Həsənəliyev, Elvin Əliyev, Cavad Kazımov, Kənan Müslümov, Oruc Balaşlı

Baş məşqçi: Emin Quliyev

 

“Sumqayıt”: Şahruddin Məhəmmədəliyev, Slavik Alxasov, Vurğun Hüseynov, Pərdis Fərcad-Azad, Uğur Pamuk, Murad Ağayev, Bəxtiyar Həsənalızadə, Nodar Məmmədov, Aleksandr Çertoqanov, Emin Mehdiyev, Ağabala Ramazanov

Ehtiyat oyunçular: Tərlan Əhmədli, Cəmil Hacıyev, Mikayıl Rəhimov, Nuran Qurbanov, Elnur Abdulov, Emil Həsənzadə, Tofiq Mikayılov

Baş məşqçi: Aqil Məmmədov

 

 

“Qəbələ” – “Qarabağ” - 2:2

Qollar: Zenyov, 35, Samir Zərgərov, 86 - Almeyda, 66 (pen.), 83

Qırmızı vərəqə: Rəşad Sadiqov, 74

 

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Şahin Cəfərov
Qəbələ şəhər stadionu

 

“Qəbələ”: Dmitri Bezotosnı, Voyislav Stankoviç, Elvin Camalov, Rəşad Sadiqov, Sergey Zenyov, Dodo, Asif Məmmədov, Aleksey Qay, Arif Daşdəmirov, Ürfan Abbasov, Rafael Santos

Ehtiyat oyunçular: David Pietrzkeviç, Ermin Zets, Məhəmməd Mirzəbəyov, Vitali Vernidub, Samir Zərgərov, Aleksey Antonov, Qismət Alıyev

Baş məşqçi: Roman Qriqorçuk

 

“Qarabağ”: İbrahim Şehiç, Qara Qarayev, Reynaldo, Rəşad Sadıqov, İlqar Qurbanov, Riçard Almeyda, Ansi Aqolli, Raydell Pupon, Bədavi Hüseynov, Əl Hərbi, Coşqun Diniyev

Ehtiyat oyunçular: Fərhad Vəliyev, Vüqar Mustafayev, Dani, Elvin Məmmədov, Əfran İsmayılov, Elvin Yunuszadə, Mahir Mədətov

Baş məşqçi: Qurban Qurbanov

Xəbər lenti