24 Avqust 17:39 “Qarabağ” – “Yanq Boyz” oyununa biletlərin qiymətləri açıqlandı
FUTBOL xəbərləri 24 Avqust 17:39
1963 baxış

“Qarabağ” – “Yanq Boyz” oyununa biletlərin qiymətləri açıqlandı

Avropa Liqasının play-off mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” (Azərbaycan) – “Yanq Boyz” (İsveçrə) qarşılaşmasının biletləri sabahdan satışa çıxacaq. Apasport.az saytının məlumatına görə, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşün biletlərini stadionunun kassalarında satılacaq.

 

Biletlərin qiymətləri nömrəli sektorlarda 1-15 manatdı. Avqustun -25-də saat10:00-dan etibarən satışa çıxacaq biletlər holoqramlı olacaq. VİP biletlərin qiyməti isə 50 manatdı.

 

 

Xəbər lenti