27 Avqust 21:49  “Qarabağ” yenidən qrup mərhələsində!
FUTBOL xəbərləri 27 Avqust 21:49
17064 baxış

“Qarabağ” yenidən qrup mərhələsində!

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” öz meydanında İsveçrənin “Yanq Boyz” klubunu qəbul edib.

 

Səfərdə qazanılan minimal hesablı qələbənin verdiyi üstünlüklə meydana çıxan ağdamlılar rəqibini mübarizədən kənarlaşdıraraq ötən il qazandığı uğuru yenidən təkrarlayıb.

 

Matça fəal başlayan Qurban Qurbanovun yetirmələri artıq 4-cü dəqiqədə hesabı açıb. Braziliyalı Riçard Almeyda həmyerlisi Reynaldoya qarşı kobudluğa görə təyin olunmuş penaltini dəqiq yerinə yetirib.

 

İlk hissədə aşkar üstünlüyə malik olan ağdamlılar bir də hissənin sonlarında fərqlənib. İlk qolun səbəkarı Reynaldo bu dəfə özü fərqlənib. Bu qol 43-cü dəqiqəyə təsadüf edib.

 

Təmsilçimiz oyunun ikinci hissəsində də üstün oyununu davam etdirib. 61-ci dəqiqədə Əfran İsmayılov hesab arasındakı fərqi 3 topa çatdıraraq darmadağının əsasını qoyub.

 

Qalan dəqiqələrdə başqa qol olmayıb və böyükhesablı qələbə qazanan "Qarabağ" ikinci dəfə, həm də ardıcıl olaraq UEFA Avropa Liqasının qrup mərhələsində oynamağa haqq qazanıb. Bu həm də Azərbaycan futbolu tarixində bir ilkdi.

 

 

UEFA Avropa Liqası

Pley-off, cavab oyunları

27 avqust

 

“Qarabağ” (Azərbaycan) – “Yanq Boyz” (İsveçrə) - 3:0
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Baş hakim: Gediminas Majeyka (Litva)
İlk oyun – 1:0
QOLLAR:  Almeyda, 4 (pen); Reynaldo, 43; Əfran İsmayılov, 62
Qırmızı vərəqə: Stiv von Bergen, 3

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 10. Dani Kintana, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 77. Cavid Tağıyev, 9. Reynaldo,

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 32. Elvin Yunuszadə, 6. Vüqar Mustafayev, 19. Azər Salahlı, 7. Namiq Yusifov, 91. Coşqun Diniyev, 29. Raydel Pupon

Baş məşqçi: Qurban Qurbanov

 

“Yanq Boyz”: 18. Yvon Mvoqo, 3. Floren Hadergyonay, 4. Milan Vilotiç, 5. Stiv von Bergen, 23. Skott Satr, 6. Leonardo Berton, 7. Miralem Suleymani, 31. Yuya Kubo, 99. Juliam Oarao, 28. Denis Zakariya, 30. Aleksandr Qonzales,

Ehtiyat oyunçular: 1. Marko Völfli, 21. Alan Roşat,  20. Haris Tabakoviç, 77. Samuel Afum, 8. Yan Lekyaks, 14. Milan Qayiç, 29. Rafael Nuzzolo,

Baş məşqçi: Harald Gemperle

 

Xəbər lenti