14 Sentyabr 14:28 “Qarabağ”a isveçrəli, “Qəbələ”yə ispaniyalı
FUTBOL xəbərləri 14 Sentyabr 14:28
5469 baxış

“Qarabağ”a isveçrəli, “Qəbələ”yə ispaniyalı

“Qarabağ” və “Qəbələ” komandalarının Avropa Liqasının qrup mərhələsində keçirəcəkləri ilk oyunların hakimləri müəyyənləşib. Apasport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İngiltərədə keçiriləcək “Tottenhem” – “Qarabağ” görüşünə isveçrəli hakimlər briqadası təyinat alıb.

 

Belə ki, matçın baş hakimi Adrien Yakkottet, köməkçiləri hakimləri Raffael Zeder və Vital Yobin olacaq. Dördüncü hakim funksiyasını isə Yohannes Vogel yerinə yetirəcək.

 

“Qəbələ”nin Bakıda PAOK-la keçirəcəyi qarşılaşmada isə ispaniyalı hakimlər briqadası ədaləti qoruyacaq. Baş hakim funksiyasını Xavyer Estrada yerinə yetirəcək. Ona Migel Martines və Teodoro Sobrino yardımçı olacaqlar. Qarşılaşmanın dördüncü hakimi isə Dieqo Barbero Sevilya olacaq. 

Xəbər lenti