5 Avqust 09:25 “Qarabağ”a nəzarəti ələ keçirmək imkanı vermək olmaz” – “Seltik”in kapitanı
FUTBOL xəbərləri 5 Avqust 09:25
3040 baxış

“Qarabağ”a nəzarəti ələ keçirmək imkanı vermək olmaz” – “Seltik”in kapitanı

“Biz böyük klubuq. “Qarabağ” səddini keçəcək gücdəyik”. Apasport.az saytının məlumatına görə, bunu “Seltik”in kapitanı Skott Braun deyib.

 

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində bu gün “Qarabağ”la cavab matçına çıxacaq Şotlandiya təmsilçisinin hədəfi qrupa düşməkdi.

 

Braun da Şotlandiya mətbuatına açıqlamasında məqsədlərinə çatacaqlarına inandığını bildirib: “Bizim tək istəyimiz Çempionlar Liqasının qrupuna vəsiqə qazanmaq və azarkeşlərimizi sevindirməkdi. “Qarabağ”ı keçsək, bu yolda böyük addım atmış olarıq. Güclü komandayıq və bu mərhələni keçməliyik. Erkən qol vursaq, əla olar. Komanda şəklində düzgün müdafiə olunmaq lazımdı. Fikrimcə, həm qol vura, həm də qapımızın toxunulmazlığını qoruya bilərik”.

 

30 yaşlı yarımmüdafiəçi eyni zamanda “Qarabağ”dan çəkindiklərini də etiraf edib: “Qarabağ” texnikalı komandadı. Azərbaycan komandasının yüksək səviyyəli oyunçuları var. Fərdi bacarıqlarının olmasına baxmayaraq, komanda oyununa daha çox üstünlük verirlər. Onlara nəzarəti ələ keçirmək imkanı vermək olmaz. Topla daha çox oynamalı və matçın tempini biz müəyyənləşdirməliyik”.

 

Qeyd edək ki, “Qarabağ” – “Seltik” oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:30-da başlayacaq. Bu komandalar arasında “Seltik Park”da keçirilən ilk görüşdə meydan sahibləri 1:0 hesablı qələbə qazanmışdılar.

Xəbər lenti