10 Sentyabr 12:35 “Qarabağ”da son vəziyyət: Dimitrovski başladı, Medvedev sıraya dönür
FUTBOL xəbərləri 10 Sentyabr 12:35
2316 baxış

“Qarabağ”da son vəziyyət: Dimitrovski başladı, Medvedev sıraya dönür

Topaz Premyer Liqasının IV turunda “Xəzər Lənkəran”ı qəbul edəcək “Qarabağ” oyunun hazırlığını davam etdirir. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, “köhlən atlar”, demək olar ki, tam heyətlə məşq keçirlər.

 

“Qarabağ”ın yeni transferi Vladimir Dimitrovski də dünəndən etibarən məşqlərdə iştirak edir. Baş məşqçi Qurban Qurbanov şans verəcəyi təqdirdə, makedoniyalı futbolçu “ağ-yaşıllar”la matçda komandasına kömək edəcək.

 

Zədəsinə görə xeyli müddətdi yaşıl meydanlardan uzaq qalan Maksim Medvedevin isə vəziyyəti düzəlmək üzrədi. Məşqlərə qatılan 27 yaşlı müdafiəçinin tam olaraq sıraya dönməsi üçün bir qədər vaxt lazımdı.

 

Qeyd edək ki, “Qarabağ” – “Xəzər Lənkəran” matçı sentyabrın 12-də “Dalğa Arena”da keçiriləcək. 

Xəbər lenti